Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров  - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.
BAKI, 18 avqust - Sputnik. Avqustun 18-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə 12 Avqust Beynəlxalq Xəzər Gününə həsr olunmuş görüş keçirib.
Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri məsələləri ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
Həmçinin “Beşlik” formatında əməkdaşlığın qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.
Xəbər lenti
0