Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu qrupda 200 baldan çox nəticə göstərənlər ali məktəblərə qəbul ola biləcək

© Photo : REPORTЭкзамен во время пандемии
Экзамен во время пандемии  - Sputnik Azərbaycan, 1920, 18.08.2023
Abunə olmaq
Mərkəz sədrinin sözlərinə görə, 270 baldan yuxarı nəticə göstərənlər dövlət sifarişli yerlərə qəbul ola bilərlər.
BAKI, 18 avqust - Sputnik. "I qrup üzrə 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent ali məktəblərə qəbul ola biləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin "YouTube" kanalında canlı yayım zamanı deyib.
Mərkəz sədrinin sözlərinə görə, 270 baldan yuxarı nəticə göstərənlər dövlət sifarişli yerlərə qəbul ola bilərlər.

"I qrupda keçən illə müqayisədə 23 faiz artım müşahidə olunur. Bu o deməkdir ki, keçən illə müqayisədə 2000 mindən çox insan I qrup ixtisasları üzrə ali təhsil ala biləcək. Bu qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır. Eyni ixtisaslar müxtəlif universitetlərdə var. Siyahı ilə tanış olanda görmək olar ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var", - Məleykə Abbaszadə bildirib.

Qeyd olunub ki, I qrupda plan yerlərinin ümumi sayı 18 min 386-dır. Bunlardan 13348-i dövlət sifarişlidir. Bundan əlavə bu ixtisas qrupunda RK altqrupu üzrə plan yerlərinin sayı 12246-dır. Bundan 8398-i dövlət sifarişlidir. Rİ altqrupunda plan yerinin sayı 6140, ondan 4950-si dövlət sifarişli yerdir.
04.06.23, 14:45
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İmtahan 18 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda 118 imtahan binası, 2 130 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 118 ümumi imtahan rəhbəri, 353 imtahan rəhbəri, 2 667 nəzarətçi – müəllim, 366 buraxılış rejimi əməkdaşı, 118 bina nümayəndəsi ayrılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub. İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.
İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər.
İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xəbər lenti
0