Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rostselmaş texnikası "Rusiya-Azərbaycan Tarla Günü"ndə nümayiş ediləcək

© AFP 2023 / VANO SHLAMOVKombayn
Kombayn - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Sərgi assosiasiyasının fəal dəstəyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən təşkil olunur.
BAKI, 17 avqust — Sputnik. Azərbaycan fermerləri Ağstafadakı sərgidə Rusiyanın kənd təsərrüfatı texnikasını sınaqdan keçirə biləcəklər.
25-26 avqust tarixlərində Azərbaycanın Ağstafa rayonunda "Rusiya-Azərbaycan Tarla Günü 2023" ixtisaslaşdırılmış sərgisi keçiriləcək. Sərgi "Rostselmaş" Assosiasiyasının fəal dəstəyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən təşkil olunur.
Bu il "Rusiya-Azərbaycan Tarla Günü" yeni formatda - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə "AqroİnnoFest" festivalı ilə birgə keçiriləcək. Tədbir Ağstafa aqrar-sənaye kompleksinin ərazisində baş tutacaq.
Rusiya ekspozisiyası ixtisaslaşdırılmış texnika bazarının liderləri olan 14 müəssisəni: "Rostselmaş", Sankt-Peterburq Traktor Zavodu (KİROVETS), Peqas-Aqro, Melinvest, ALMAZ, Cənubi Ural Tərəzi Zavodu (CUTZ), Salskselmaş, Texnostal, Voronej Aqromaş Zavodu, Aqromexanika, AqroPostavka və s. bir araya gətirəcək.
Rusiyanın ixtisaslaşdırılmış texnika sərgisi 800 kvadratmetrdən çox ərazini əhatə edəcək.
Qısaca da olsa şirkət və avadanlıqlar haqda məlumat verək
Rusiyanın kombaynqayırma sahəsində əvəzsiz lider olan "Rostselmaş" ziyarətçilərə Power Stream 4m taxılbiçənli NOVA 340 kombaynını nümayiş etdirəcək.
Qeyd edək ki, "Rostselmaş" brendinin məhsulları dünyanın 40-dan çox ölkəsində tanınır
Stenddə kombaynla yanaşı, bir neçə ildir Azərbaycanın tarlalarında uğurla fəaliyyət göstərən "Tukan" kipbağlayan presləyici-yığıcı da nümayiş etdiriləcək.
İlk dəfə olaraq Azərbaycan bazarında Samara vilayətinin "Pegas-Agro" şirkətinin istehsalı olan "TUMAN-2" özügedən çiləyici-səpələyici qurğu təqdim olunacaq. Kənd təsərrüfatı texnikasının "Tuman" xətti çox modulluluq, universallıq, sahəyə ehtiyatlı münasibət və nəticədə yüksək məhsuldarlıq və xərclərini tez bir zamanda (orta hesabla 1,5-2 mövsümə) çıxara bilmək kimi fərqləndirici xüsusiyyətlərə sahibdir.
Penza vilayətinin "Aqromexanika" şirkəti ekspozisiyanın qonaqlarına Azərbaycan fermerlərinin bütün aqroiqlim zonalarında və bütün növ torpaqlarda, o cümlədən küləş, ağır torpaqlar və zəif hazırlanmış kənd təsərrüfatı fonlarında istifadə edə biləcəkləri flaqman məhsullarını - KPU-6m qoşqulu universal kultivatoru və BDM-3x2PK yarımqoşqulu diskli dırmığı nümayiş etdirəcək.
ALMAZ Ticarət evi (Altay Maşınqayırma Zavodları Şirkətlər Qrupunun bir hissəsi) sərgidə özünün bestsellerini - quraşdırılmış reversiv PERESVET PON-4+1 kotanını nümayiş etdirəcək. Azərbaycan fermerləri ALMAZ stendində kotanla yanaşı, kənd təsərrüfatı texnikasının təmiri və texniki xidməti üçün lazım olan bütün ehtiyat hissələrini də seçə biləcəklər.
Nijni Novqorodun SC "Melinvest" şirkəti yerli sahibkarlara taxılın təmizlənməsi, emalı və saxlanması üçün geniş çeşiddə avadanlıq təqdim edəcəkdir - onlar həm kiçik bir separator seçə, həm də elevator və silos tikintisi üçün kompleks layihə haqqında razılığa gələ biləcəklər.
"Rusiya-Azərbaycan Tarla Günü" sərgisi Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün mühüm hadisədir.
Xatırladaq ki, Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırması müəssisələri ikinci dəfədir ki, ən yaxşı texnika və avadanlıqlarını Azərbaycan fermerlərinə göstərmək və sınaqdan keçirmək imkanı yaratmaq məqsədilə Azərbaycana gətirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0