Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Heydər Əliyev Müslüm Maqomayev haqqında

Abunə olmaq
Bu gün, avqustun 17-də Azərbaycanın tanınmış müğənnisi Müslüm Maqomayevin 81 yaşı tamam olacaqdı.
Ümummilli lider Heydər Əliyev əfsanəvi ifaçı Müslüm Maqomayevin yaradıcılığına böyük diqqət yetirir, ona böyük qayğı göstərirdi.
Onların qiyabi tanışlığı 1960-cı illərin sonlarında, Heydər Əliyev Azərbaycan SSR DTK-nın sədri olduğu vaxta təsadüf edir. Və onlar şəxsən 1970-ci ildə, ulu öndər Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra görüşdülər. Heydər Əliyev həmişə Müslüm Maqomayevin əməyini yüksək qiymətləndirib.
2002-ci il sentyabrın 6-da Müslüm Maqomayevə "İstiqlal" ordeni təqdim olunub. Təqdimetmə mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çıxış edib. O, Müslüm Maqomayevin dünya şöhrətli sənətkar olduğunu qeyd edərək onun oxuduğu mahnıların hamı tərəfindən sevildiyini deyib:
"Müslümün incəsənətdə hər şeyi var... Dünyada görkəmli müğənnilər çoxdur, amma belə səs heç kimdə yoxdur. Allah eləsin, bunların hamısı qorunub saxlansın".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0