Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib

© Sputnik / Murad OrujovBakıda keçirilən atıcılıq üzrə dünya çempionatı
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatı - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda şəklində çinlilər üstünlüklərini nümayiş etdiriblər.
BAKI, 17 avqust — Sputnik. Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib.
"Report"un xəbərinə görə, olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda şəklində çinlilər üstünlüklərini nümayiş etdiriblər.
Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serb Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.
Komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medal əldə ediblər. Gümüş medala Almaniya, bürünc medala Hindistan millisi sahiblənib.
Qeyd edək ki, yarış sentyabrın 1-dək davam edəcək. Turnirə 101 ölkədən 1239 idmançı qatılıb. Azərbaycan dünya çempionatında 31 atıcı ilə təmsil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0