Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda qatar qadını vuraraq öldürüb

© Photo : Azerbaijan Railways CJSCПоезд АЖД
Поезд АЖД - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 16 avqust - Sputnik. Salyanda qatar qadını vuraraq öldürüb.
“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin “Süd zavodu” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Dadaşova Sədaqət Azadxan qızı dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0