Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Fransanı Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa çağırırıq - İcma

© AFP 2023 / LUDOVIC MARINFransa
Fransa - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələri oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil - bəyanatda deyilir.
BAKI, 16 avqust — Sputnik. Fransanın Xarici İşlər Nazirliyinin bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla avqustun 15-də telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə və insan haqlarına hörmətsizliyinin və Azərbaycanofob siyasətinin növbəti bir sübutudur.
Bu barədə Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, Azərbaycan ərazisinin 20 faizini işğal edib oradakı 900-ə yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələri oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil.
Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.
"Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd siyasətini və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan haqları məsələsi olan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq", - deyə İcmanın bəyanatında vurğulanıb.
Qərbi Azərbaycan İcması
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Xəbər lenti
0