DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Ukraynadakı münaqişənin əsl səbəblərini bilmir - Niderlandlı ekspert

© AFP 2023 / ADRIAN DENNISUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 14.08.2023
Abunə olmaq
Əslində hər şey NATO-nun 1990-cı illərdə şərqə doğru genişlənməsini gücləndirdiyi gündən başlayıb.
BAKI, 14 avqust — Sputnik. Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin əsl səbəblərini bilmirlər.
Bunu Nidertlandlı jurnalist, politoloq və publisist, Alternativ ("Alternativ") media resursunun yaradıcısı Ab Qitelink "RİA Novosti"yə bildirib.
"Hesab edirəm ki, Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin mənşəyini tam dərk etmirlər. Əksər siyasətçilər və media onun tarixini bilmirlər. Onların bu barədə anlayışları yalnız 2022-ci il fevralın 24-dən sonra baş verənlərdən "start götürüb", - deyə niderlandlı jurnalist agentliyə müsahibəsində bildirib.
Onun fikrincə, əslində hər şey NATO-nun 1990-cı illərdə şərqə doğru genişlənməsini gücləndirdiyi gündən başlayıb.
Lakin agentliyin həmsöhbətinin qeyd etdiyi kimi, Qərbdə heç kim Ukrayna münaqişəsinin tarixini müzakirə etmir, siyasətçilər və əksər media tərəfindən yalnız təbliğat aparılır.
"Hazırda Rusiya Federasiyasının nəzarətində olan ərazilərdə yaşayan insanlar rus dilində danışmaq istəyir və Rusiya ilə birlikdə olmaq istəyirlər. Bunu Rusiyada və Ukraynada hamı bilir və Prezident (Vladimir) Zelenski də bilir. Məndən soruşanda ki, "Mən bunu hardan bilirəm, deyirəm ki, mən bu məsələni araşdırmışam. Bizim ölkədə insanların bundan xəbəri yoxdur, çünki bu məsələni heç kim öyrənmir. Bizim media isə əksər hallarda təbliğatdan ibarətdir", - Qitelink belə hesab edir.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə reaksiya vermək mümkün deyildi". Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib, alyans isə Moskvanın etirazlarına baxmayaraq durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Qeyd edək ki, Ab Qitelink niderlandlı jurnalist, politoloq və publisist, alternativ nöqteyi-nəzərdən media resursu kimi özünü göstərən "Alternatief" ("Alternativ") onlayn platformasının yaradıcısı, "Tunel baxışı: Ukraynada sülhə necə nail ola bilərik?" kitabının müəllifidir.
Xəbər lenti
0