DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çinin şimal-qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb

© Handout / MYANMAR FIRE SERVICES DEPARTMENT / AFPTorpaq sürüşməsi, arxiv
Torpaq sürüşməsi, arxiv - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
Axtarış-xilasetmə əməliyyatlarına 980-dən çox insan cəlb olunub, hazırda təbii fəlakət zonasında rabitə və elektrik təchizatı bərpa edilir.
BAKI, 13 avqust - Sputnik. Çinin şimal-qərbindəki Şensi əyalətində baş verən sürüşmə nəticəsində azı 21 nəfər ölüb, 6 nəfər isə hələ də itkin düşüb. Bu barədə TASS Sinxua agentliyinə istinadən məlumat yayıb.
Hadisə cümə günü Sian şəhəri yaxınlığındakı Veyzipin kəndində baş verib. Belə ki, güclü yağışlar nəticəsində yerindən oynayan qaya iki yaşayış binasını dağıdıb.
Daha əvvəl hadisə nəticəsində 2 nəfərin öldüyü, 16 nəfərin itkin düşdüyü bildirilirdi.
Yerli hakimiyyət orqanları 980-dən çox insanın çalışdığı axtarış-xilasetmə əməliyyatları təşkil edib. Eyni zamanda, təbii fəlakət zonasında rabitə və elektrik təchizatı bərpa edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0