DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğanla Putinin görüşü avqustun sonunda baş tuta bilər

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 12.08.2023
Abunə olmaq
Putinin Türkiyəyə səfər etmək ehtimalı qalmaqdadır.
BAKI, 12 avqust - Sputnik. Türkiyə və Rusiya prezidentlərinin görüşü avqustun sonu və ya sentyabrın əvvəli baş tuta bilər.
APA-nın verdiyi xəbərə görə, bu barədə “A-Haber” kanalı məlumat yayıb.
Qeyd olunub ki, V. Putinin Türkiyəyə səfər etmək ehtimalı qalmaqdadır. Lakin, kanalın məlumatına əsasən, görüş Rusiya ərazisində də baş tuta bilər.
Bundan əlavə, Prezident Ərdoğan 9-10 sentyabrda keçiriləcək G-20 Zirvə toplantısında iştirak etmək üçün Hindistana gedəcək. 17-21 sentyabr tarixlərində isə Ərdoğan ABŞ-a səfər edəcək.
Xəbər lenti
0