Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatı: Cüdo üzrə Azərbaycan millisinin heyəti bəlli olub

© Photo : REPORTCüdo üzrə Azərbaycan Kuboku
Cüdo üzrə Azərbaycan Kuboku - Sputnik Azərbaycan, 1920, 12.08.2023
Abunə olmaq
Qızlardan Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (53 kq) və Kamilla Toxoliyeva (66 kq) tatami üzərinə çıxacaq.
BAKI, 12 avqust - Sputnik. Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına qatılacaq Azərbaycan millisinin heyəti bəlli olub.
"Report" Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma 4 gün davam edəcək yarışda 15 idmançı ilə təmsil olunacaq.
Oğlanların mübarizəsində Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Cəsur İbadlı (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+90 kq) qüvvəsini sınayacaq.
Qızlardan isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (53 kq) və Kamilla Toxoliyeva (66 kq) tatami üzərinə çıxacaq.
Xəbər lenti
0