Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalıların 77%-i Putinin vəzifə başındakı işini yaxşı qiymətləndirirlər

© Sputnik / Григорий СысоевRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
İctimai Rəy Fondunun rusiyalılar arasında apardığı rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 77%-i Rusiya Prezidenti Vladimir Putinin öz postunda yaxşı işlədiyini düşünür.
BAKI, 11 avqust — Sputnik. Rusiyalıların əksəriyyəti (77%) hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin öz postunda yaxşı işləyir. Respondentlərin 75%-i ona güvənir.
Rusiyanın İctimai Rəy Fondunun sorğusunun nəticələri bu qənaətə gəlməyə əsas verib.
"Putin öz postunda necə işləyir" sualına respondentlərin 77%-i bunun kifayət qədər yaxşı, 10%-i kifayət qədər pis olduğunu, 13%-i isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Respondentlərin 75%-i Rusiya Federasiyasının Prezidentinə inanır, 13%-i daha çox etibar etmir, 12%-i cavab verməkdə çətinlik çəkib.
"İRF"nibus sorğusu 2023-cü il avqustun 4-dən 6-dək 1500 respondent arasında Rusiya Federasiyasının 53 təsisat subyekti olan 104 yaşayış məntəqəsində aparılıb. Sorğu metodu respondentin yaşayış yeri üzrə müsahibədir. Statistik səhv 3,6%-dən çox deyil.
Xəbər lenti
0