CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxıstandan Azərbaycana gətirilən zəhərli maddə gömrükdə saxlanılıb

CC BY 3.0 / Bionerd / Element mercuryЖидкая ртуть, фото из архива
Жидкая ртуть, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Zəhərli maddə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda nəqliyyat vasitəsinə gömrük baxışı zamanı aşkar edilib.
BAKI, 11 avqust - Sputnik. Qazaxıstandan Azərbaycana “Professor Gül“ gəmi-bərəsi ilə gətirilmiş nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş 50,265 qram metallik civə zəhərli maddə aşkar edilib götürülüb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Zəhərli maddə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda nəqliyyat vasitəsinə gömrük baxışı zamanı aşkar edilib.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılaraq Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən maddənin satışını təşkil edən şəxs müəyyən edilərək CM-nin 206.3.2 və 240.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Xəbər lenti
0