Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvaya dronla hücuma cəhd edildi

© AFP 2023 / SERGEY SHESTAKUkrayna hərbçisi dronu havaya qaldırır, arxiv şəkli
Ukrayna hərbçisi dronu havaya qaldırır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Rusiya paytaxtının meri Sergey Sobyanin və Rusiya Müdafiə Nazirliyi PUA-nın Moskva üzərində uçuşuna dair məlumat yayıblar.
BAKI, 11 avqust — Sputnik. Kiyev rejimi Moskvada bir obyektə pilotsuz uçan aparatla hücum etməyə cəhd edib, pilotsuz təyyarə elektron mübarizə vasitəsi ilə zərərsizləşdirilib və paytaxtın qərb hissəsinə düşüb, itki yoxdur. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün Kiyev rejiminin pilotsuz uçuş aparatı ilə Moskvadakı obyektə terror aktı törətmək cəhdinin qarşısı alınıb. PUA elektron mübarizə vasiutəsilə ilə zərərsizləşdirilib və Moskvanın qərbindəki meşəlik əraziyə düşüb. Nəticədə qəzaya uğrayıb. Qarşısı alınan terror aktı nəticəsində tələfat və dağıntı yoxdur", - məlumatda deyilir.
Rusiya paytaxtının meri Sergey Sobyanin teleqram kanalında hadisəyə münasibət bildirib. O qeyd edib ki, PUA-nın Moskva üzərində uçuşuna cəhd olub. Sobyanin qeyd edib ki, PUA hava hücumundan müdafiə vasitəsi ilə zərərsizləşdirilib, heç kim xəsarət almayıb, ciddi dağıntı olmayıb.
"Şəhər üzərində bir pilotsuz uçan aparatın uçmasına cəhd edilib. Hava hücumundan müdafiə tədbirləri nəticəsində o, zərərsizləşdirilib. Karamışevskaya bəndi ərazisinə parçaların düşməsi nəticəsində xəsarət alan olmayıb. Ciddi dağıntı olmayıb. Fövqəladə hallar xidmətləri hadisə yerində işləyirlər", - mer yazıb.
Xəbər lenti
0