Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda azyaşlı qız boynunun sınması nəticəsində ölüb

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili  - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb
BAKI, 11 avqust — Sputnik. Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb. Bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0