Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının mərkəzində tarixi memarlıq abidəsini rəngləyiblər

© AFP 2023 / GIUSEPPE CACACEBakı
Bakı - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Paytaxtın Bünyad Sərdarov, Yusif Məmmədəliyev və Qoqol küçələrində yerləşən bir sıra tarixi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülüb.
BAKI, 11 avqust — Sputnik. Bakı şəhərinin mərkəzi küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinə keçirilən baxış zamanı aşkar olunmuş müdaxilə faktlarının qarşısı alınıb və aidiyyəti tədbirlər görülüb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Belə ki, Səbail rayonu, Şeyx Şamil küçəsi, 3 ünvanında yerləşən 3233 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsində rənglənmə işlərinin aparıldığı müəyyən edilib.
Müdaxilə faktı nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq, dərhal qarşısı alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb.
Eyni zamanda paytaxtın Bünyad Sərdarov, Yusif Məmmədəliyev və Qoqol küçələrində yerləşən bir sıra tarixi abidələrə vurulan qanunsuz reklam lövhələri sökülüb.
Diqqətə çatdırılıb ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Qeyd edilib ki, abidələrin qorunması haqqında Azərbaycan qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Xəbər lenti
0