Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Sabah” Bakıda “Partizan”ı inamla məğlub edib

© Photo : Sabah FCSabah klubunun iyunçusu, arxiv
Sabah klubunun iyunçusu, arxiv  - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Rusiyalı çalışdırıcı Murad Musayevin komandası sarsıdıcı hesabla qalib gələ bilərdi, lakin “Sabah”ın kapitanı penaltini qola çevirə bilməyib.
BAKI, 10 avqust - Sputnik. Rusiyalı mütəxəssis Murad Musayevin rəhbərlik etdiyi Bakının “Sabah” futbol klubu Azərbaycan paytaxtında Belqradın “Partizan” klubu üzərində inamlı qələbə qazanıb.
Cümə axşamı, avqustun 10-da Bakının Masazır kəndində paytaxtın “Sabah”ı ilə Belqradın “Partizan” komandaları arasında UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu keçirilib.
Görüş Azərbaycan vitse-çempionunun 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Rusiyalı mütəxəssis Murad Musayevin komandası yalnız ikinci hissədə rəqib qapısının açarlarını tapa bilib.
Hesab 70-ci dəqiqədə Boyan Letiçin qolu sayəsində açılıb. O, 4 dəqiqə sonra dubl edib.
Qeyd edək ki, “Sabah” dağıdıcı hesabla qalib gələ bilərdi, lakin 61-ci dəqiqədə komandanın kapitanı Aleksey İsayev penaltini dəqiq yerinə yetirə bilməyib.
Buna baxmayaraq, iki top fərqi Bakı klubunun “Partizan”la qarşıdurmada yekun qələbəsi üçün yaxşı şanslar yaradır. Cavab qarşılaşması bir həftə sonra Belqradda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0