Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezident Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Yeni səfir 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.
BAKI, 10 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
Azərtac xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olunub.
Həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulandı, dövlət başçıları arasında təmasların əlaqələrimizin genişlənməsinə verdiyi töhfə bildirildi, ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti barədə danışılıb.
Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin regional inkişaf üçün əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, cari ilin iyunun 14-də Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Digər bir sərəncamla Mixail Boçarnikov bu vəzifədən azad edilib.
Mixail Boçarnikov 2018-ci ildən Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Mixail Yevdokimov 1981-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis və Fransız dillərini bilir.
1981-ci ildən Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Prezident İlham Əliyev Rusiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1996-1997-ci illərdə İqtisadi Əməkdaşlıq şöbəsinin müdiri, 1997-2001-ci illərdə Rusiyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin baş məsləhətçisi vəzifəsini icra edib. 2001-2002-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin şöbə müdiri vəzifəsini tutub. 2002-2011-ci illərdə Avropa Əməkdaşlıq Departamentinin direktor müavini təyin edilib.
2011-ci ilin may-noyabr aylarında MDB ölkələri üzrə birinci departamentin direktor müavini; 2011-ci ilin noyabr ayından MDB ölkələrinin Birinci Departamentinin direktoru vəzifəsini daşıyıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0