CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir tondan artıq çətənə bitkisi məhv edildi

© AP Photo / Charles Rex ArbogastÇətənə kolları
Çətənə kolları - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Keçirilən tədbirlər zamanı rayonun Surra kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 1 ton 200 kiloqram olan 2200 ədəd çətənə kolu kökündən çıxarılıb.
BAKI, 10 avqust — Sputnik. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş-2023" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Surra kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 1 ton 200 kiloqram olan 2200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0