Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

© AFP 2023 / Brendan SMIALOWSKIDünya Bankı
Dünya Bankı - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələr, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.
BAKI, 9 avqust — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən bildiriblər ki, iqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə, Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib.
Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələrimiz çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.
Ştefani Ştalmeyster ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər həmçinin, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələr, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, investisiyaların təşviqi barədə müzakirə aparıb.
Dünya Bankı
Qeyd edək ki, Dünya Bankı inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki yardımın göstərilməsi məqsədi ilə yaradılmış beynəlxalq maliyyə təşkilatıdır. Dünya Bankı 1944-cü ildə yaradılıb və onun qərargahı Vaşinqton şəhərində yerləşir. Dünya Bankının dünyanın 120-dən çox ölkəsində nümayəndəliyi mövcuddur və orada 10 000 yaxın əməkdaş fəaliyyət göstərir.
Dünya Bankı ilə Azərbaycan Respublikası 1992-ci ildən əməkdaşlıq edir.
Xəbər lenti
0