SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan Prezidenti avqustda Azərbaycana səfər edəcək

© Photo : MFAŞavkat Mirziyoyevi
Şavkat Mirziyoyevi - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Fərid Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
BAKI, 8 avqust — Sputnik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.
F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: "Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir".
Ş.Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
Xəbər lenti
0