Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İtalyan musiqiçiləri oktyabrda Bakıda konsert verəcəklər

© AFP 2023 / FILIPPO MONTEFORTELudovico Einaudi, arxiv şəkli
Ludovico Einaudi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Oktyabrın 2-ində dünyaşöhrətli italiyalı bəstəkar Ludovico Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşəcək. Oktyabrın 13-də isə Bakıda İtaliyadan olan dörd ifaçı və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcəklər.
BAKI, 7 avqust — Sputnik. Oktyabrın 13-də Bakıda İtaliyadan olan dörd ifaçı və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcəklər.
Heydər Əliyev Sarayında reallaşacaq konsertdə tamaşaçılar italiyalı məşhurlar Stefano Bersola, Martina Stiano, Canni SkribanoLara Pasqualinin bir-birindən maraqlı ifalarını dinləyəcəklər. Bunlar dünya məkanlarını fəth etmiş və ən məşhur mahnıların əhvalını mükəmməl şəkildə çatdıran möhtəşəm səslərdir.
Konsert çərçivəsində tamaşaçılar bir axşam İtaliyanın Sanremo şəhərinə köçəcək, bayram ab-havasına qərq olacaq, şirin nostalji hiss yaşayacaqlar
Bundan başqa, dünyaşöhrətli italiyalı bəstəkar Ludovico Einaudi Heydər Əliyev Sarayında pərəstişkarları ilə görüşəcək. Oktyabrın 2-nə nəzərdə tutulan görüşdə tamaşaçılar bəstəkarın ən məşhur filmlər üçün yazdığı əsərlərini canlı dinliyə biləcəklər.
Ludovico Einaudi dünya klassikası tarixinə daxil olmuş italyan bəstəkarıdır. Dövrümüzün ən çox axtarılan bəstəkarlarından biri, musiqidə neoklassik istiqamətin simvolu, bir çox məşhur filmlərin musiqi müəllifidir.
Onun yaradıcılığında klassiklərin sarsılmaz ənənələri, etnik motivlər, müasir elektron səs və populyar musiqinin dinamizmi harmonik şəkildə birləşir.
Musiqiçinin diskoqrafiyasında 15-dən çox studiya albomu və ümumilikdə 40-dan çox musiqi buraxılışı var. Bir çox musiqilərin müxtəlif ölkələrdə qızıl və platin statusu var. Dahi bəstəkarın saundtreklərini ən məşhur Hollivud və Avropa filmlərində dinləmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0