DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səudiyyə Ərəbistanı “Bayraktar” PUA-larının istehsalı üçün "Baykar"la müqavilə bağlayıb

© AFP 2023Bayraktar PUA-sı
Bayraktar PUA-sı - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
SAMI "Bayraktar Akıncı" pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin "Baykar" şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnun olduğunu bildirib.
BAKI, 7 avqust - Sputnik. Səudiyyə Ərəbistanı Hərbi Sənaye Şirkəti (SAMI) və Türkiyənin təyyarə istehsalçısı "Baykar" arasında "Bayraktar Akıncı" döyüş pilotsuz təyyarələrinin istehsalının lokallaşdırılmasını nəzərdə tutan müqavilə imzalanıb.
SAMI bu barədə Twitterdə məlumat yayıb.
"Bayraktar Akıncı" pilotsuz uçuş aparatlarının və onların komponentlərinin Səudiyyə Ərəbistanında istehsalını lokallaşdırmaq üçün Türkiyənin "Baykar" şirkəti ilə strateji müqavilənin imzalandığını elan etməkdən məmnunuq. Bu müqavilə milli müdafiə sənayesinin dəstəklənməsində rolumuzu gücləndirəcək və imkanlarımızı genişləndirəcək”, - şirkətin açıqlamasında bildirilir (Report).
İyulun 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fars körfəzi ölkələrinə üç günlük turu çərçivəsində Səudiyyə Ərəbistanına səfər edib. Səfərdən sonra “Baykar”la Səudiyyə Ərəbistanı arasında zərbə PUA-sının tədarükü üzrə 3 milyard dollarlıq saziş imzalanıb. Bu, Türkiyənin hərbi-sənaye kompleksi sahəsində imzaladığı ən iri birdəfəlik müqavilədir.
Xəbər lenti
0