Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın iştirakı olmadan heç bir görüşün zərrə qədər dəyəri yoxdur - Zaxarova

© Sputnik / Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ukraynanın suverenliyinin ilkin əsasları – onun neytral, bloklara qoşulmaması və nüvəsiz statusu da təsdiqlənməlidir.
BAKI, 7 avqust — Sputnik. Rusiya Ukrayna böhranının diplomatik yolla nizamlanmasına açıqdır, ciddi təkliflərə cavab verməyə hazırıq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın Ukrayna ilə bağlı Ciddədə keçirilən görüşlə bağlı departamentin saytında dərc olunan şərhində deyilir:

"Biz həmişə böhranın diplomatik həllinə açıq olmuşuq, belə də qalırıq və həqiqətən ciddi təkliflərə cavab verməyə hazırıq".

O qeyd edib ki, Rusiyanın iştirakı olmadan və onun maraqlarını nəzərə almadan Ukrayna böhranı ilə bağlı heç bir görüşün zərrə qədər dəyəri yoxdur:
"Biz əminik ki, həqiqətən hərtərəfli, davamlı və ədalətli nizamlanma yalnız Kiyev rejimi hərbi əməliyyatları və terror aktlarını dayandırsa, onun Qərb sponsorları isə Ukrayna Silahlı Qüvvələrini əməliyyatlara sürükləməsə mümkün ola bilər".
Zaxarova bildirib ki, Ukraynanın suverenliyinin ilkin əsasları – onun neytral, bloklara qoşulmaması və nüvəsiz statusu da təsdiqlənməlidir:

"Rusiyanın yeni vilayətlərinin sakinlərinin BMT Nizamnaməsində təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməsi nəticəsində yaranmış yeni ərazi reallıqları, Ukraynanın demilitarizasiyası və denazifikasiyası təmin edilməli, Rusdilli vətəndaşların və milli azlıqların öz daxili qanunvericiliyinin və beynəlxalq hüququn tələblərinə uyğun olaraq hüquqları təmin edilməlidir. Biz əminik ki, bu elementlərin həyata keçirilməsi Rusiyanın mübarizə apardığı beynəlxalq sülh və təhlükəsizlik üçün tam cavab verir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0