Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukrayna orudusunun son sutkadakı itkilərini açıqladı

© Sputnik / РИА НовостиUkrayna Silahlı Qüvvələrinin məhv edilmiş hərbi texnikası
Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Zaporojye istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələrinin çevik hərəkətləri, hava zərbələri və artilleriya atəşi nəticəsində Uspenovka və Rabotino yaşayış məntəqələri ərazilərində düşmənin üç hücumu dəf edilib.
BAKI, 7 avqust — Sputnik. Cənubi Donetsk istiqamətində Rusiya qoşunları düşmənin hücumunu dəf edib, Kiyev 225-dən çox hərbçisini, üç tankını, dörd zirehli texnikasını və bir haubitsasını itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Cənubi Donetsk istiqamətində aviazərbələr, artilleriya atəşi və "Vostok" qoşun qruplaşmasının bölmələri "Donetsk Xalq Respublikası"nın Urojayno qəsəbəsi ərazisində düşmənin hücumunu dəf edib", - nazirliyin məlumatında deyilir.

Həmçinin məlumata görə, ordu aviasiyası "DXR"in Staromayorsko kəndi ərazisində Ukrayna qoşunlarının 31-ci mexanikləşdirilmiş briqadasının canlı qüvvəsi və texnikasının beş toplanma məntəqəsinə zərbələr endirib.
"Bu istiqamətdə düşmənin ümumi itkiləri 225-dən çox Ukrayna hərbçisi, 3 tank, 4 zirehli döyüş maşını, 2 texnika, həmçinin D-30 haubitsası təşkil edib", - Müdafiə Nazirliyi bildirir.
Zaporojye istiqaməti
Qeyd olunub ki, gün ərzində Ukrayna Silahlı Qüvvələri Zaporojye, Donetsk, Cənubi Donetsk və Krasnoliman istiqamətlərində uğursuz hücum əməliyyatları cəhdlərini davam etdirib.
Xüsusilə Zaporojye istiqamətində Rusiya qoşun qruplaşmasının bölmələrinin çevik hərəkətləri, hava zərbələri və artilleriya atəşi nəticəsində Uspenovka və Rabotino yaşayış məntəqələri ərazilərində düşmənin üç hücumu dəf edilib. Novoselovka qəsəbəsi ərazisində Ukrayna "DRQ"nin fəaliyyəti dayandırılıb. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Yabloneve və Novodanilovka yaşayış məntəqələri ərazilərində darmadağın edilib.

"Gün ərzində 80-ə qədər ukraynalı hərbçi, üç zirehli döyüş maşını, dörd maşın və bir D-30 haubitsası məhv edilib", - nazirlik bildirib.

Donetsk istiqaməti
Donetsk istiqamətində "Cənub" qüvvələr qrupunun bölmələri aviasiya və artilleriya ilə birgə Ukrayna Silahlı Qüvvələrinin 81-ci aeromobil briqadasının "DXR"in Beloqorovka bölgəsində hücum qruplarının hücumunu uğurla dəf edib.
"Düşmən itkiləri 135 ukraynalı hərbçi, iki tank, altı piyada döyüş maşını, üç maşın, ABŞ istehsalı M777 artilleriya sistemi, həmçinin Msta-B və D-30 haubitsaları təşkil edib", - Rusiya MN-in hesabatında deyilir.
Bundan əlavə, Rusiya ordusu "DXR"in Boqdanovka, Vesele, Kleşeevka, Marinka və Krasnoqorovka yaşayış məntəqələri ərazilərində düşmən canlı qüvvəsi və texnikasını darmadağın edib.
Krasnoliman istiqaməti
Krasnoliman istiqamətində yerləşən "Mərkəz" qoşunlar qrupunun bölmələri aviasiya, artilleriya və ağır atəş sistemləri ilə Ukrayna Silahlı Qüvvələrinin 42-ci mexanikləşdirilmiş briqadasının hücum qruplarının hücumunu dəf edə biliblər.
"Bundan başqa, "Luqansk Xalq Respublikası"nın Rayqorodka, Petrovsko, Ploşanka və Çervonaya Dibrova yaşayış məntəqələri ərazilərində düşmənin canlı qüvvəsi və texnikasının toplanışı kompleks atəşə tutulub. 65-dən çox Ukrayna hərbçisi, iki zirehli döyüş maşını və D-30 haubitsası məhv edilib", - məlumatda deyilir.
Kupyansk istiqaməti
Kupyansk istiqamətində "Qərb" qoşun qrupunun hücum dəstələri geniş cəbhədə hücum əməliyyatları apararkən Xarkov vilayətinin Olşana və Perşotravnevo yaşayış məntəqələri ərazilərində cəbhə xətti boyunca mövqelərini yaxşılaşdırıblar.

"Son üç gündə Rusiya qoşunlarının bu istiqamətdə irəliləməsi cəbhə boyu 11 kilometr, düşmənin müdafiəsinin dərinliyinə isə 3 kilometrdən çox olub", - Rusiya MN bildirib.

Onlar qeyd ediblər ki, Ukrayna qoşunlarının 14, 32 və 67-ci mexanikləşdirilmiş briqadalarının bölmələrinin 12 əks-hücumu Xarkov vilayətinin Sinkovka , Novoselovsko və "LXR"in Stelmaxovka yaşayış məntəqələri ərazilərində uğurla dəf edilib. Bundan əlavə, hücum və ordu aviasiyasının zərbələri, artilleriya atəşləri Xarkov vilayətinin Kupyansk, Kotlyarovka və Berestovo yaşayış məntəqələrində düşmənin canlı qüvvəsi və texnikasının toplanışının qarşısı alınıb.
"Düşmənin itkiləri 110-a qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını, üç texnika, ABŞ istehsalı olan M777 artilleriya sistemi və ABŞ istehsalı olan AN/TPQ-50 əks-batareya radarı olub", - nazirlik bildirib.
Xerson istiqaməti
Rusiya Müdafiə Nazirliyi bildirib ki, ötən gün Xerson istiqamətində Rusiya bölmələri 20-yə qədər ukraynalı hərbçini, üç texnikanı və iki D-30 haubitsasını məhv edib.
Ukrayna Silahlı Qüvvələrinin anbarlarının dağıdılması
Rusiya hərbçiləri Sumı vilayətinin Seredina-Buda, Xarkov vilayətinin Çerneşina və Sinkovka ərazilərində 117-ci ərazi müdafiə briqadasının, Ukrayna Silahlı Qüvvələrinin 14 və 43-cü mexanikləşdirilmiş briqadalarının üç silah-sursat anbarını məhv edib.
"Rusiya Federasiyası silahlı qüvvələrinin qoşun qruplarının əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyası 126 ərazidə atəş mövqelərində, canlı qüvvə və hərbi texnikaya zərbələr endirib, 107 artilleriya bölməsini darmadağın edib", - nazirlikdən bildirilib.
Bundan əlavə, Yampol (DXR) kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava Desant-Hücum Briqadasının komanda məntəqəsi vurulub.
Hava hücumundan müdafiə işi
Rusiya hava hücumundan müdafiə sistemləri gün ərzində doqquz “Storm Shadow” qanadlı raketini və HIMARS reaktiv yaylım atəş sistemini dörd mərmisini ələ keçirib, həmçinin 14 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Əməliyyat başlayandan bu günə qədər
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 458 təyyarə, 245 helikopter, 5548 pilotsuz uçuş aparatı, 428 zenit-raket kompleksi, 11165 tank və digər zirehli döyüş texnikası, 1143 ədəd reaktiv buraxılışlı döyüş maşını , 5787 səhra artilleriya qurğusu və minaatan, həmçinin 12116 ədəd xüsusi təyinatlı hərbi maşın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0