Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Doqadkin: Qətər anti-Rusiya sanksiyalarına qoşulmamaqda qətiyyətli mövqe tutub

© AFP 2023 / GABRIEL BOUYSDohaya mənzərə
Dohaya mənzərə - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Səfir bildirib ki, Rusiyanın Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasında iştirak edən ölkələrlə münasibətləri strateji xarakter alıb.
BAKI, 7 avqust — Sputnik. Qətər hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulmamaqda qətiyyətli mövqe tutub.
Bu barədə Rusiya mediası ölkənin Qətərdəki səfiri Dmitri Doqadkinin sözlərinə istinadən xəbər verib.
Səfir qeyd edib ki, Qətər Rusiya iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkədir.

"Monarxiya rəhbərliyi Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Rusiyaya qarşı sanksiyalarına qoşulmamaq baxımından qəti mövqe tutub ", - RİA Novosti diplomatdan sitat gətirir.

Doqadkinin sözlərinə görə, Rusiyanın Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasında iştirak edən ölkələrlə münasibətləri strateji xarakter alıb.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiyalara cavab olaraq məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb.
Həmçinin Rusiya və Belarusun 80 milyard rubldan çox idxalı əvəz edən 17 layihənin hazırlandığı da bildirilir.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0