Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda bal yarmarkası təşkil ediləcək

© Sputnik / Murad OrujovBakıda bal yarmarkası
Bakıda bal yarmarkası - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Arıçılar piştaxta, oturacaq və ölçmə vasitələri, şəxsi gigiyenik vasitələr (tibbi maska, əlcək, antiseptik gel, bone) ilə təchiz olunacaq.
BAKI, 7 avqust — Sputnik. Bakıda növbəti dəfə Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının təşkil edilməsinə hazırlıq görülür.
Yarmarkanın təşkilatçısı ötən il olduğu kimi bu il də Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-dir.
Yarmarkanın sentyabr-oktyabr aylarında paytaxtın Nərimanov rayonunda, Fətəli xan Xoyskli küçəsi, 5 ünvanında keçirilməsi planlaşdırılır.
Yarmarka 20 gün davam edəcək və burada 250 arıçı iştirak edəcək. Arıçılar piştaxta, oturacaq və ölçmə vasitələri, şəxsi gigiyenik vasitələr (tibbi maska, əlcək, antiseptik gel, bone) ilə təchiz olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0