Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfər edib

© Official website of President of Azerbaijan RepublicŞəmkir şəhərində Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışı olub
Şəmkir şəhərində Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışı olub - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.
BAKI, 7 avqust - Sputnik. Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışında iştirak edib. Bu barədə azərtac xəbər yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Şəmkir rayonuna səfər edib.
Azərtac xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərində ucaldılmış abidəsini ziyarət edib.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfər edib
 - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfər edib
Xatırladaq ki, avqustun 7-də dövlətimizin başçısı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
Avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışı olub. Azərtac-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də həmçinin “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0