DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yunanıstan, İtaliya və Fransaya getmək istəyənlər məhdudiyyətlərlə üzləşəcəklər

© Sputnik / Сергей Мамонтов / Mediabanka keçidRoma
Roma - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Koronavirus pandemiyasından sonra səyahətçilərin axını o dərəcədə artıb ki, bəzi görməli yerlər həddindən artıq yüklənib.
BAKI, 6 avqust — Sputnik. Bir neçə Avropa ölkəsinin dövlət orqanları eyni zamanda turistlər üçün məhdudiyyətlər tətbiq etmək qərarına gəliblər. Koronavirus pandemiyasından sonra səyahətçilərin axını o dərəcədə artıb ki, bəzi görməli yerlər həddindən artıq yüklənib, bu da onların zədələnməsinə səbəb ola bilər.
Bu barədə AZƏRTAC "tourprom" turizm saytına istinadla xəbər verir.
Yunanıstanda məhdudiyyətlər olacaq
Yunanıstanda sentyabrın 4-dən Afina Akropolunu ziyarət edənlərin sayına görə kvotanın tətbiq edilməsi planlaşdırılır. Bura gündə 20 mindən çox adam buraxılmayacaq. Muzey kompleksinə hər saat müəyyən sayda qonaq daxil ola biləcək. Eyni zamanda qədim məbəddə ziyarət vaxtı məhdudlaşdırılmır, buna baxmayaraq, orta hesabla turist ərazidə təxminən 45 dəqiqə vaxt keçirir. Hələ ki, limit sınaq rejimində tətbiq ediləcək, lakin gələn ilin aprel ayına qədər qayda məcburi olacaq. O vaxta qədər Yunanıstanın Mədəniyyət Nazirliyi səmərəliliyi qiymətləndirəcək və zəruri halda sistemi korrektə edəcək.
"Aydındır ki, turizm ölkə üçün, hamımız üçün vacibdir. Lakin biz elə etməliyik ki, o abidəyə zərər dəyməsin", – deyə mədəniyyət naziri Lina Mendoni qeyd edib.
O həmçinin əlavə edib ki, oxşar təcrübə gələcəkdə Yunanıstanın digər görməli yerlərində də tətbiq olunacaq.
İtaliyada məhdudiyyətlər olacaq
İtaliya da bəzi görməli yerləri qonaqlardan qorumağa çalışacaq. Əcnəbilər tərəfindən Kolizey üzərində adların yazılması ilə bağlı bəzi hadisələri nəzərə alaraq, burada da nəzarətin gücləndirilməsi istisna edilmir.
Qeyd edək ki, artıq iyul ayından Roma Panteonuna da giriş pullu olub.
Fransada məhdudiyyətlər olacaq
Fransada səyahətçilərdən yay mövsümündə məşhur Mon-Sen-Mişel monastırını ziyarət etməkdən tamamilə imtina etmələri xahiş olunur. Qonaqlara mövsümlərarası vaxtda ziyarət üçün gəlmələri tövsiyə olunur ki, ada çox yüklənməsin. Qeyd olunur ki, bu görməli yeri ildə təxminən 3 milyon turist ziyarət edir və onların üçdəbiri məhz yay vaxtında. Qədim tikililərə dəyən ziyanla yanaşı, ziyarətçilər özləri də narahatçılıq yaşayır, obyektin həddindən çox yüklənməsinə görə onlar tarixi abidəyə sakit şəraitdə tamaşa edə bilmirlər.
Xəbər lenti
0