DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda beş bina uçub, ölən və yaralananlar var

© AFP 2023 / ATTA KENAREİranda təcili yardım maşını
İranda təcili yardım maşını - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç cəsəd çıxarılıb.
BAKI, 6 avqust - Sputnik. Tehranda beş binada baş verən uçqunda ölənlər var. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Hadisə nəticəsində üç nəfər ölüb, 11-i yaralanıb.
Hadisə qanunsuz tikililərin sökülməsi zamanı baş verib.
Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç cəsəd çıxarılıb.
Xilasetmə əməliyyatı davam edir.
Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.
Saat 16:46
İranda 5 bina uçub, dağıntılar altında qalanlar var.
Bu barədə ISNA məlumat yayıb.
Tehranda binalardan birinin sökülməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməməsi səbəbindən 4 qonşu bina uçub. Nəticədə ən az dörd polis əməkdaşı və iki bələdiyyə işçisi dağıntılar altında qalıb.
İndiyədək dağıntılar altından 4 nəfər xilas edilib. Dağıntılar altında qalan digər şəxslərin həyatını xilas etmək üçün tədbirlər həyata keçirilir (APA).
Xəbər lenti
0