ELM

Pandemiyanı əvvəlcədən proqnozlaşdırmaq mümkün olacaq

Karantin - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Alimlər tərəfindən hazırlanmış proqram Anomaliyaların Müəyyən Edilməsi Erkən Xəbərdarlıq Sistemi (EWAD) adlanır.
BAKI, 6 avqust - Sputnik. ABŞ-ın Skripps İnstitutunun və Şimal-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, süni intellekt bəşəriyyəti yeni pandemiyanın başlaması barədə xəbərdar edə, həmçinin virusun təhlükəli variantlarının yaranması barədə proqnoz verə bilər. Tədqiqat Cell Patterns jurnalında dərc olunub.
Alimlər tərəfindən hazırlanmış proqram Anomaliyaların Müəyyən Edilməsi Erkən Xəbərdarlıq Sistemi (EWAD) adlanır. SARS-CoV-2-nin yayılması və virus genomu ilə bağlı real məlumatlara qarşı sınaqdan keçirildikdə, model virus mutasiyaya uğradıqda hansı yeni təhlükəli variantların ortaya çıxacağını proqnozlaşdırıb.
Mikrobioloqlar açıqlayıblar ki, model sayəsində onlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilməmişdən həftələr əvvəl bir neçə təhlükəli variantın görünüşünü proqnozlaşdıra biliblər.
Elm adamları həmçinin vaksinlərin və maskaların taxılmasının virusun gələcək inkişafına necə təsir göstərə biləcəyini proqnozlaşdırmaqda EWAD-ın effektivliyini sübut ediblər.
Tədqiqatçılar deyirlər ki, onların süni intellekt alqoritmləri virusların təkamülündə gözə dəyməyən nümunələri müəyyən edə bilib və bu, gələcək pandemiyalarla mübarizə üçün həyati əhəmiyyət kəsb edə bilər.
Xəbər lenti
0