DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkmənistan, Özbəkistan və Tacikistan razılığa gəlib

© Photo : Press service of the Ministry of Defense of UzbekistanÖzbəkistan hərbçisi
Özbəkistan hərbçisi - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Dövlət başçıları, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, etimad və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı səylərin vacibliyini qeyd ediblər.
BAKI, 5 avqust — Sputnik. Türkmənistan, Özbəkistan və Tacikistan terrorizm, separatizm və ekstremizm, habelə narkotiklərin qanunsuz dövriyyəsi və insan alveri ilə mübarizədə birgə səyləri davam etdirmək barədə razılığa gəliblər. Bu barədə üç ölkə prezidentinin sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.

"Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün forma və təzahürləri, o cümlədən transsərhəd mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər çağırışlara və təhdidlərə qarşı birgə mübarizə aparıb, həmçinin ümumi maraq doğuran məsələlərdə bir-birlərini dəstəkləməyə davam etməyə hazır olduqlarını təsdiqləyiblər", - bəyanatda deyilir.

Dövlət başçıları, həmçinin qlobal və regional miqyasda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, etimad və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı səylərin vacibliyini qeyd ediblər. Bundan əlavə, tərəflər BMT-də və digər beynəlxalq və regional təşkilatlarda seçkili orqanlara bir-birlərinin namizədliklərini dəstəkləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar.
Avqustun 4-də Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan prezidentləri Serdar Berdiməhəmmədov, Emomali Rəhmon və Şavkat Mirziyoyevin sammiti keçirilib. Bu, prezidentlərin bu formatda ilk görüş idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0