Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Gürcüstana baş vermiş faciə ilə əlaqədar başsağlığı verib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Azərbaycan Prezidenti bildirib ki, Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər onu son dərəcə kədərləndirib.
BAKI, 5 avqust - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılarla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu göndərib.
Məktubda deyilir: “Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
Qeyd edək ki, son məlumata görə, Gürcüstanın kurort bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində 11 nəfər həlak olub, 25 nəfərin axtarışları davam edir.
Xəbər lenti
0