Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yeddi nəfərin ölümü ilə əlaqədar matəm elan olundu, XİN başsağlığı verdi

sürüşmə - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə ictimaiyyətə məlumat veriləcək.
BAKI, 4 avqust — Sputnik. Ötən gün Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 7 olub.
Baş verən bədbəxt hadisə ilə əlaqədar olaraq artıq ölkədə matəm günü elan edilib.
Hadisə yerində jurnalistlərə açıqlama verən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. O, xilasedicilərin ötən gün 2, bu gün isə 5 nəfərin meyitini torpaq kütləsinin altından çıxardıqlarını deyib.
Baş nazir əlavə edib ki, təbii fəlakətlə əlaqədar həftə sonu aktiv iş günü kimi davam etdiriləcək, avqustun 7-si isə Gürcüstanda matəm günü olacaq.
Azərbaycan XİN Gürcüstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.
Gürcüstanın Oni bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

"Şovi fəlakət zonasında həlak olan və ya xəsarət almış azərbaycanlılarla bağlı heç bir məlumat daxil olmayıb", - deyə səfirlikdən bildirilib.

Qeyd olunub ki, səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə məlumat olarsa, ictimaiyyətə ötürüləcək.
Qeyd edək ki, ötən gün axşam saatlarında baş verən sürüşmə nəticəsində 6 nəfər həlak olub, 35 nəfərlə əlaqənin kəsildiyi bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0