Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycanla müttəfiqlikdən əməli fayda görür - Rusiya XİN

© Photo : official site of MFA of RFRusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar, arxiv - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Diplomat bildirib ki, müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalaması ilə Rusiya və Azərbaycan arasında münasibətlər yeni səviyyəyə yüksəlib.
BAKI, 4 avqust — Sputnik. Rusiya Federasiyası Azərbaycanla müttəfiqlik münasibətlərinin əməli nəticələrini görür. Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

"Biz Azərbaycanla ikitərəfli münasibətlərin əsas istiqamətlər üzrə mütərəqqi inkişafı qeyd edirik. Ötən il Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməni imzalaması ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəldi. Artıq biz müttəfiqliyin əməli faydalarını görürük", - deyə o bildirib.

Diplomatın sözlərinə görə, siyasi təmaslar intensivləşib. Bu il Azərbaycan prezidenti, Milli Məclisin (parlament) sədri və baş naziri Rusiyaya üç dəfə səfər ediblər".
Bundan əlavə, Qonçar qarşılıqlı ticarətin artdığını qeyd edib: ötən ilin sonunda bu, 4 milyard dolları ötüb və bu il 33,3% artım qeydə alınıb. O, iyulun 7-də Moskvada baş tutan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının səmərəliliyini vurğulayıb və bu ilin sonunadək Rusiyada ikitərəfli regionlararası forumun keçirilməsi planlarını açıqlayıb.

"Böyük beynəlxalq layihələr sürətlə həyata keçirilir. İlk növbədə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb dəmir yolu xəttini qeyd etmək istərdim, bunun sayəsində Rusiya Azərbaycan vasitəsilə İran limanlarına çıxış əldə edəcək", - departament direktoru qeyd edib.

Humanitar əlaqələr haqqında
Qonçarın sözlərinə görə, mədəni-humanitar müstəvidə bu il SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlamətdardır.
"Vladimir Putinin qeyd etdiyi kimi, Rusiyada yubiley ölkəmizdə Heydər Əliyev şəxsiyyətinə xüsusi münasibət nəzərə alınaraq geniş şəkildə qeyd olunub. Dövlət Dumasında və Federasiya Şurasında sərgilərlə yanaşı, sənədli filmlər də nümayiş etdirilib. Regionlarda, xüsusən də Həştərxanda, Dağıstanda çoxlu tədbirlər baş verdi".
"Rusiya və Azərbaycan iki ölkə ictimaiyyətinin mədəni-humanitar tədbirlərə ənənəvi yüksək tələbatını nəzərə alaraq, aparıcı teatrlara qastrol səfərləri, muzeylərarası sərgilər və musiqi konsertlərinin təşkili təcrübəsini davam etdirmək əzmindədir", - Qonçar bildirib.
Onun sözlərinə görə, təhsil və elm sahəsində yaxşı perspektivlər var: "Azərbaycanda rus dilində təhsil verən 300-dən çox məktəb var, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir, MDBMİ ilə ADA Universiteti arasında ikili diplom proqramları həyata keçirilir. Biz peşəkar kadrların hazırlanmasında, rus dili müəllimlərinin ixtisasının artırılmasında, yeni dərsliklərin tərtibində, universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsində lazımi köməklik göstərməyə hazırıq".
Diplomat əmin edib ki, bütün problemli məqamlar azərbaycanlı tərəfdaşlarla qarşılıqlı hörmət və konstruktiv şəkildə müzakirə olunur, onların ictimaiyyətə təqdim edilməsi heç də həmişə işə fayda vermir.

"Yeri gəlmişkən, biz məhz informasiya sferasında əməkdaşlığın dərinləşdirilməsi üçün tədbirlər görürük ki, Azərbaycanda və əksinə Rusiya ilə bağlı mövzuların işıqlandırılması daha obyektiv və balanslı olsun", - o deyib.

"Münasibətlərin yeni müttəfiqlik səviyyəsi həm də həssas regional məsələlərdə - Yerevanla münasibətlərin normallaşması prosesini necə gördüyümüz, Qərbin və Türkiyənin Cənubi Qafqazdakı rolu və sair haqqında Bakı ilə son dərəcə səmimi olmağa imkan verir", - Qonçar fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0