Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib

© Sputnik / Murad OrujovПродажа рыбы на рынке "8-ой км"
Продажа рыбы на рынке 8-ой км - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
İstiliyin normadan artıq olması ilə əlaqədar olaraq kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib.
BAKI, 4 avqust — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda çirklənmənin Xəzər dənizinə və ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, nərə cinsli və digər növdən olan balıqların vəziyyətinin və su mühitinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji monitorinq ekspedisiyası aparılıb.
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə monitorinqdə institutun Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru dosent Süleyman Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanılıb. Tədqiqat nəticəsində son illərdə Xəzər dənizi səviyyəsinin aşağı düşməsi, istiliyin normadan artıq olması ilə əlaqədar olaraq kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Orta və Cənubi Xəzərdə Mnemiopsis leidyi daraqlısının sayının azalması və ölçüsünün kiçilməsi hallarıda müşahidə edilib. 2022-ci ildə monitorinq zamanı ilk dəfə olaraq Qızılağac akvatoriyasında rast gəlinmiş Beroe ovata daraqlısının isə 2023-cü ildə sayının və ölçüsünün artması müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0