CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Müraciətdə isti hava və küləyin təsirindən ən kiçik qığılcımın belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola biləcəyi deyilir.
BAKI, 4 avqust — Sputnik. Hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq və ya ehtiyatsızlıq böyük fəsadlara yola aça bilər.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə növbəti müraciətində bildirilir.
Müraciətdə isti hava və küləyin təsirindən ən kiçik qığılcımın belə qısa zamanda böyük yanğına çevrilə, acı nəticələrə səbəb ola biləcəyi deyilir.

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi növbəti dəfə əhaliyə müraciət edərək, xüsusilə hazırda ölkədə müşahidə olunan küləkli və isti hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır", - müraciətdə vurğulanır.

Qeyd edək ki, bu gün Bakı və Sumqyaıtda müxtəlif ərazilərdə yanğın baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0