CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisində havanın tempereturu 38°-dək yüksələcək

© Sputnik / Murad OrujovŞuşa şəhərinə mənzərə
Şuşa şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
BAKI, 2 avqust — Sputnik. Bu gün Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometreologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 2-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 33-38°, dağlarda 19-24° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0