CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib, saxlanılanlar var

© AFP 2023 / PHILIPPE LOPEZHəbs, arxiv şəkli
Həbs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi son iki gündə 2 rayonda əməliyyat keçirir.
BAKI, 1 avqust - Sputnik. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.
Belə ki, əməliyyat nəticəsində Tərtər RİH-in Memarlıq və tikinti şöbəsinin müdiri baş memar Tofiq Kərimov saxlanılıb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dünən Cəlilabad rayonunda əməliyyat keçirib. Əməliyyat nəticəsində Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov saxlanılıb.
Xəbər lenti
0