CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN fermerlərə müraciət edib

© AFP 2023 / PATRICK T. FALLONFermerlər
Fermerlər - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
Polis fermerləri biçini başa çatan sahələrin yandırılmasından çəkinməyə, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmağa çağırıb.
BAKI, 1 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) biçini başa çatmış sahələrin yandırılması ilə bağlı fermerlərə müraciət edib.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur.
"Kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur.
Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.
Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər", - nazirlikdən qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0