DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səmərqənddə ŞƏT-ə üzv ölkələrin tərəfdaşlıq həftəsi keçiriləcək

© AFP 2023 / GREG BAKERŞƏT
ŞƏT - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Tədbir çərçivəsində plenar iclasların, ikitərəfli və çoxtərəfli danışıqların aparılması planlaşdırılır.
BAKI, 31 iyul — Sputnik. Avqustun 7-dən 11-dək Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Biznes Tərəfdaşlığı Həftəsi keçiriləcək. Bu barədə Rusiya Federasiyasının Özbəkistandakı ticarət nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
"Tədbirin əsas məqsədi ŞƏT ölkələrinin biznes nümayəndələri arasında işgüzar əlaqələrin inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın perspektivli istiqamətlərinin müzakirəsi, sənaye kooperasiyası üzrə yeni layihələrin və ticarət sazişlərinin hazırlanmasıdır", - deyə məlumatda bildirilir.
Mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində plenar iclasların, ikitərəfli və çoxtərəfli danışıqların aparılması planlaşdırılır.
İclasların ŞƏT ölkələrinin regionları arasında elektron ticarət, yaşıl iqtisadiyyat, nəqliyyat və logistika, rəqəmsal transformasiya, regionlararası əməkdaşlıq, investisiya, sənaye əməkdaşlığı və əməkdaşlığın digər prioritet sahələrinə həsr olunacağı gözlənilir.
Xəbər lenti
0