DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nüvə müharibəsi iqlim dəyişikliyindən daha təhlükəli deyil - Blinken

© AP Photo / Sergei GritsABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
ABŞ dövlət katibinin sözlərinə görə, qlobal istiləşmə dövrümüzün ekzistensial çağırışıdır, lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması demək deyil.
BAKI, 31 iyul - Sputnik. “Potensial nüvə müharibəsi təhlükəsi iqlim dəyişikliyinin ekzistensial problemindən daha təhlükəli deyil, bu məsələlərdə iyerarxiya yoxdur”.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, qlobal istiləşmə dövrümüzün ekzistensial çağırışıdır, lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması demək deyil.
“Zamanın ekzistensial çağırışı var, lakin bu, beynəlxalq nizama ciddi çağırışların olmadığı anlamına gəlmir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi. Biz birdən çox işi yerinə yetirməliyik. Bizi qarşıda bir çox çağırışlar gözləyir və biz onlara eyni vaxtda cavab verməliyik” - Blinken deyib.
Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Telegram" kanalında yazıb ki, Rusiya Silahlı Qüvvələri öz ərazisindən imtina edəcəyi təqdirdə nüvə silahından istifadə etməli olacaq.
O, Rusiya Silahlı Qüvvələrinin kollektiv düşmənin əks-hücumunu dəf edərək qlobal münaqişənin qarşısını aldığını bildirib.
Medvedev qeyd edib ki, əgər "NATO-nun dəstəyi ilə Ukrayna Bandera qoşunlarının hücumu"nun uğur qazandığını və Rusiya ərazisinin bir hissəsini ələ keçirdiklərini təsəvvür etsək, Rusiya ölkə prezidentinin 02.06.2020-ci il tarixli fərmanının qaydalarına əsasən, "nüvə silahından istifadəyə getməlidir".
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp, ABŞ-dan daha çox nüvə silahına malik olan Rusiya ilə anlaşmağa çağırıb.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə səbəbindən ABŞ hazırda "çox axmaq və təhlükəli vəziyyətdədir".
Təqaüddə olan amerikalı polkovnik Daniel Davis bildirib ki, Qərbin Moskvanı "işğal olunmuş" ərazilərdən sıxışdırıb çıxarmaq istəyi Rusiyanın ən böyük nüvə silahı arsenalı ilə nəticələnəcək.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 30.07.2023
RUSİYA
Rusiya öz ərazisindən vaz keçsə, nüvə silahından istifadə edəcək
Xəbər lenti
0