Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda I sinfə qəbulla bağlı 36 mindən çox sorğu yerləşdirilib

© Sputnik / Murad OrujovВозобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года
Возобновление очных занятий в бакинских школах, 1 февраля 2021 года - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb
BAKI, 31 iyul — Sputnik. İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 928 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835 elektron müraciət daxil olub. Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.
Xəbər lenti
0