CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçatryan əsirlərə dəhşətli işgəncələr verib: Qaynar su ilə başımın dərisini qopardı

© Photo : ScreenshotВагиф Хачатрян
Вагиф Хачатрян - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
Hadisə qurbanlarının anlatdığına görə, Vaqif Xaçatryan və onun üzvü olduğu silahlı dəstə azərbaycanlılara olmazın işgəncələr veriblər.
BAKI, 30 iyul — Sputnik. Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı erməninin ona verdiyi işgəncələrdən danışıb.
Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərində iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb.
Mail Məmmədov ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı ermənini tanıyıb və ona olmazı işgəncələr verdiyini deyir:
"Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Amma mənə ən çox dözülməz işgəncələr verən isə Vaqif olub. Mənim başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamı ilə sıyırıb çıxartdı. Ürəyi soyumayan erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basdı. Ümumiyyətlə, əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən keçid məntəqəsində saxlanılan Vaqif olub. Ötən gün televiziyada onu görən kimi tanıdım. Və mənə verdiyi işgəncələr gözümün önünə gəldi. Onu televiziyada görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm"(APA).
Meşəli kəndinin məktəb direktoru şagirdinini necə yandırıldığını anladıb
Meşəli kənd orta məktəbinin keçmiş direktoru Alış Alışov isə Report-a içərisində Vaqif Xaçatryanın da olduğu silahlı dəstənin onun şagirdini məktəbdə necə yandırdıqlarından danışıb.
"Bu hadisələrdən öncə dəfələrlə ermənilər bizim kəndin camaatına qarşı düşmənçilik hisslərini göstəriblər. Onlar müharibə başlayandan mütəmadi olaraq kəndi atəşə tuturdular. Bir dəfə dərs zamanı məktəbi raketlə vurdular, xəsarət alanlar oldu. Məktəbə ciddi zərər dəydi", - A.Alışov deyib.
Onun sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər saatlarında erməni hərbçiləri kəndi 3 yerdən atəşə tutaraq hücuma keçir. Həmin vaxt məktəb direktoru və özünümüdafiə dəstəsinin komandir müavini olan müsahibimiz həmin günü belə xatırlayır:

"Bizdə sadəcə 11 təlim avtomatı və bir neçə ov tüfəngi var idi. Kəndin müdafiəsinə gələn 10 əsgər də bizimlə döyüşürdülər. Ermənilər kəndi dayanmadan atəşə tutaraq günahsız dinc sakinlərimizi xüsusi amansızlıqla qətlə yetirirdilər. Yaşlı, cavan, qadın, uşaq demədən hər kəsə divan tuturdular. Mənim şagirdlərimdən biri, 7-ci sinifdə oxuyan 14 yaşlı Allahverdiyev Vidadi Müsül oğlunu məktəbin içərisində yandırmışdılar. Onun külünü atası əlləri ilə yerdən yığıb bir qutuya doldurdu və Laçında qəbiristanlıqda torpağa tapşırdı".

Direktorun sözlərinə görə, erməni silahlı dəstəsinin öndə gedənlərdən biri də Vaqif Xaçatryan olub: "O həm qatil, həm də talançı idi. Qətlə yetirilən sakinlərin evinə soxularaq orada pul, qızıl-zinət və digər ev əşyalarını mənimsəyirdi. Həmin vaxt kənd sakinlərindən birini yaralı halda özü ilə girov da aparmışdı. Sonradan bildik ki, Barat adlı gənc özünü maşından ataraq qaçıb".
A.Alışov Xaçatryanın saxlanıldığını eşidəndə qürur hissi yaşadığını vurğulayıb:
"Şükürlər olsun ki, cinayətkar ələ keçdi və qanunvericiliyə uyğun olaraq öz cəzasını çəkəcək. Onunla yanaşı, digərlərinin də cəzasını çəkməsini arzu edirəm".
Qeyd edək ki, Alış Alışov hazırda Goranboy rayonunun Meşəli qəsəbəsində məskunlaşıb.
Ötən gün Laçın keçid məntəqəsində Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçatryan Vaqif Çerkezoviç saxlanılıb.
XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 30.07.2023
SİYASƏT
Azərbaycan Ermənistan XİN-in Vaqif Xaçatryanın həbsi barədə bəyanatına cavab verdi
Xəbər lenti
0