Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Özbəkistan-Azərbaycan taktiki komanda-qərargah təliminə start verilib

© AR Ministry of DefenceÖzbəkistan-Azərbaycan taktiki komanda-qərargah təliminə start verilib
Özbəkistan-Azərbaycan taktiki komanda-qərargah təliminə start verilib
 - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
BAKI, 30 iyul - Sputnik. "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təliminin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edənlər Azərbaycan və Özbəkistan arasında hərbi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğundan danışıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlar zamanı, həmçinin ilk dəfə təşkil edilən kompüter dəstəkli birgə təlimin ordularımız arasında mövcud ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Qeyd edilib ki, “UZAZ-2023” təlimi hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsi aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir.
Mərasimin sonunda təlim iştirakçılarının təntənəli keçidi olub.
Təlim - Sputnik Azərbaycan, 1920, 28.07.2023
HƏRBİ
Azərbaycan-Özbəkistan birgə təlimləri keçiriləcək
Xəbər lenti
0