CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı təşkil edilib

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
İmtahana qeydiyyat iyunun 22-dən iyulun 21-dək aparılıb və bu müddət ərzində 123 namizəd qeydiyyatdan keçib.
BAKI, 30 iyul - Sputnik. İyulun 30-da Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə sınaq imtahanı keçirilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a bildirilib ki, imtahan saat 10:00-da başlanıb.
İmtahan Mərkəzin Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında kompüterlər vasitəsilə keçirilir.
Xatırladaq ki, imtahana qeydiyyat iyunun 22-dən iyulun 21-dək aparılıb və bu müddət ərzində 123 namizəd qeydiyyatdan keçib.
Xəbər lenti
0