Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı MMA döyüşçüləri Yaponiyada tarix yazırlar

© Photo : Social media page of Tofik MusayevTofiq Musayev
Tofiq Musayev - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
Tofiq Musayev və Vüqar Kərəmov "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar.
BAKI, 30 iyul - Sputnik. Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti döyüşlərini keçiriblər.
Tofiq Musayev və Vüqar Kərəmov "Bellator" və "Rizin"in birlikdə təşkil etdiyi "Super Rizin 2" turnirində kəmər döyüşünə çıxıblar.
Hər iki idmançı Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Musayev yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb.
Kərəmov isə yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. Döyüşçü 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.
Xəbər lenti
0