CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nisbətən sərin hava şəraiti sabah da davam edəcək

© Sputnik / Murad OrujovBakı, arxiv
Bakı, arxiv - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti iyulun 30-da gözlənilən hava barədə məlumat yayıb.
BAKI, 29 oyul - Sputnik. İyulun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0