DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Məşhur aktyorun baxıcısı 6 saat dindirilib

© AFP 2023 / THOMAS COEXFrnsalı aktyor Alen Delon (solda), onun köməkçisi Hiromi Rollin və oğlu Entoni Delon
Frnsalı aktyor Alen Delon (solda), onun köməkçisi Hiromi Rollin və oğlu Entoni Delon - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Onun aktyorun zəifliyindən sui-istifadə edərək onun telefon danışıqlarına və yazışmalarına nəzarətdə saxladığı iddia olunur.
BAKI, 29 iyul — Sputnik. 87 yaşlı məşhur aktyor Alen Delonun baxıcısı Hiromi Rollin polis tərəfindən 6 saat dindirilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, buna səbəb aktyorun övladlarının şikayəti olub. 66 yaşlı qadının evində axtarış aparılıb.
Axtarışların ibtidai istintaq çərçivəsində aparıldığı qeyd edilib.
Qeyd edək ki, Delonun övladları Rollinə qarşı Montargis şəhərinin prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək onu aktyora psixoloji təzyiq göstərməkdə ittiham ediblər.
Onların sözlərinə görə, qadın Delonu yaxın dostlarından və ailəsindən təcrid etməyə çalışır. İddialara görə, o, aktyorun zəifliyindən sui-istifadə edib, telefon danışıqlarına və yazışmalarına nəzarətdə saxlayıb. Həmçinin manipulyasiya və hədə-qorxu ilə onu qohumlarından və dostlarından təcrid etməyə çalışıb.
Bundan öncə isə Hiromi Rollin aktyorlarun övladlarının iddiasına cavab olaraq onları zorakılıqda ittiham edib.
Qadın zorakılığa məruz qaldığını və bunun tibbi ekspertizanın nəticələri ilə təsdiqləndiyini deyib.
İnsidentdə Delonun qohumlarından başqa onun mühafizəçilərinin də iştirak etdiyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0