CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qanvermə aksiyasında iştirak edənlər arasında özünü narahat hiss edən olmayıb"- Rəsmi

© Sputnik / Rahim MuradovLənkəranda qanvermə aksiyası
Lənkəranda qanvermə aksiyası  - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
Q.Vəliyeva Bakı şəhərində keçirilən qanvermə aksiyalarına 160 nəfər tibb işçisinin cəlb olunduğunu xatırladıb.
BAKI, 28 iyul — Sputnik. "Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında iştirak edənlər arasında özünü narahat hiss edən olmayıb".
Bunu "Report"a açıqlamasında Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva deyib.
Onun sözlərinə görə, bununla bağlı Mərkəzi Qan Bankına hər hansı bir məlumat daxil olmayıb.
Q.Vəliyeva Bakı şəhərində keçirilən qanvermə aksiyalarına 160 nəfər tibb işçisinin cəlb olunduğunu xatırladıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.
Məlumat üçün bildirək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
Xəbər lenti
0